Sumqayıtda hoteldə İNSİDENT: Gənc qadın HƏBS EDİLDİ

Sumqayıtda oteldə insident törədən qadın həbs olunub.
Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Sahil küçəsində yerləşən “Everest” otelində qeydə alınıb.
23 yaşlı Minayə Abbasova (şərti adla) səhər saat 05:37-də oteldə sərxoş halda rəfiqəsi ilə birgə ucadan nalayiq ifadələr işlədib.
Bu barədə daxil olan məlumat əsasında polis əməkdaşları sözügedən ünvana gediblər. Polislər Minayənin sərxoş halda uca səslə söyüşlər söydüyünə şahid olublar.
Ondan əməlini dayandırması tələb olunsa da, Minayə qanuni tələb məhəl qoymayıb. Nəticədə o saxlanılaraq, şöbəyə aparılıb. Burada onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
M. Abbasova bildirib ki, internetdə bir şəxslə tanış olub. Həmin şəxs onu içki içməyə çağırıb və o da rəfiqəsini də götürərək görüşə gedib. Əsəbdən müalicə alır. Görüş zamanı da xeyli içib sərxoş olub. Buna görə də olan hadisələri xatırlamır.
Onun sözlərinə görə, oteldə olarkən oğlanlar tərəfindən başqa təkliflər aldığı üçün səs-küy salaraq, nalayiq ifadələr işlədib. O, əməlindən peşman olduğunu deyərək, barəsində ən yüngül cəzanın verilməsini istəyib.
Məhkəmə onun barəsində 8 gün müddətinə inzibati həbs qərarı verib
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












