Banner

Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO

Hadisə 5 Noyabr 2026 18:26
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Sumqayıtda yolun asfalt örtüyündəki çökmələr sürücülərə çətinlik yaradır.

Avtosfer.az-ın məlumatına görə, sakinlərdən biri ərazidəki vəziyyəti əks etdirən görüntüləri çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Şikayətçinin sözlərinə görə, 8-ci mikrorayondan Alman parkı istiqamətində gedən yolun asfalt örtüyünün ayrı-ayrı hissələrində çökmələr yaranıb. Nəticədə həmin yoldan keçən avtomobillər nahamar səth səbəbindən silkələnir. Sürücülər isə avtomobillərin çökmüş hissələrə düşməməsi üçün sağa-sola manevr etməyə çalışırlar.

Sakin problemin uzun müddətdir davam etdiyini bildirərək aidiyyəti qurumlara müraciət edib və yolun bərpası üçün tədbir görülməsini xahiş edib.

Nərmin

Oxunub : 218
ŞƏRH YAZ
Ad

E-mail

Şərh