Süni intellekt mütəxəssislərinin ölkədən çıxışına məhdudiyyət qoyuldu

Çində süni intellekt sahəsində çalışanların ölkədən çıxması üçün xüsusi icazə sistemi tətbiq ediləcək.
Avtosfer.az xəbər verir ki, qərar sentyabrın 15-də qüvvəyə minəcək. Məhdudiyyətlər ilk növbədə “Alibaba” və “DeepSeek”in əməkdaşlarına aiddir. Onlar hər bir xarici səfərlərini dövlət qurumları ilə razılaşdırmalıdırlar.
“Bloomberg”in məlumatına görə, Pekin bu addımı ABŞ-nin dünyanın müxtəlif ölkələrindən mühəndis kadrları cəlb etməsi ilə əsaslandırır.
Hazırda ABBŞ-nin İKT şirkətlərində çox sayda Çin əsilli şəxs çalışır. Onlar aşağı ranqlı işçilərdən tutmuş rəhbərlərədək müxtəlif postları tuturlar. Bu mütəxəssislərin çoxu ya Amerikada doğulub, ya da artıq bu ölkənin vətəndaşıdır. Əcnəbi İKT mütəxəssislərini Amerikaya çəkən amil ilk növbədə yüksək maaş və karyera artımıdır. Karyera yüksəlişində etnik amillərin nəzərə alınmaması da ABŞ şirkətlərinin xeyrinə işləyir.
Araşdırmaya görə, ABŞ-də işə başlayan 100 çinli mütəxəssisin 87-si 6 il sonra geri qayıtmamağa qərar erib. Onlardan 41-i böyük şirkətlərdə çalışır, 40-ı isə professor elmi adını alıb.
Vüqar
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












