Taksi sürücüsünü öldürdülər, meyitini borunun içərisində gizlətdilər - TƏFƏRRÜAT

30 il əvvəl Bakıda törədilən qətllə bağlı təqsirləndirilən Şahin Cəlilov və Hidayət Qafarovun barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb. Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilərək onların hüquq və vəzifələri izah olunub.
Təqsirləndirilənlər barədə seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar verilib.
Məhkəmənin baxış iclası iyulun 29-na təyin edilib.
Qeyd edək ki, 1996-cı il aprelin 10-da Gülməmməd Xanəhməd oğlu Bayramovun qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin istintaqı aparılarkən məlum olub ki, Şahin Mahmud oğlu Cəlilov və Hidayət Şirzad oğlu Qafarov qabaqcadan əlbir olan bir qrup şəxs halında "Neftçilər" metro stansiyası yaxınlığında taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd Bayramovun avtomobilinə müştəri kimi əyləşiblər. Onların Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində taksidə gedərkən sürücünü iplə boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə adları qeyd olunan şəxslər tərəfindən meyitin Qaraçuxur qəsəbəsində beton örtüklü boru xəttinin içərisində gizlədilməsi, zərərçəkmişə məxsus avtomobilin isə hissələrə ayıraraq satılması və əldə olunan vəsaitin aralarında bölüşdürülməsinə dair mötəbər dəlillər əldə olunub.
Qeyd edilən şəxslərin ifadələri yerində yoxlanılarkən hadisə yerində Gülməmməd Bayramovun meyitinin qalıqları aşkar olunub.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












