Tanınmış aktyor və həyat yoldaşı bir-birini ÖLDÜRDÜ

Moskva vilayətində yerləşən Mıtişi şəhərində baş verən faciə nəticəsində gənc ailə həyatını itirib.
Avtosfer.az Ajans.az-a istinadən xəbər verir ki, Mıtişi “Fest” Teatrının 28 yaşlı aktyoru Vladislav Benqraf və həmin teatrın makiyaj şöbəsinin 23 yaşlı rəhbəri, onun həyat yoldaşı Yevgeniya mənzillərində baş verən qanlı münaqişə zamanı ölüblər.
Moskva Vilayət Prokurorluğunun məlumatına görə, hadisə aprelin 19-na keçən gecə baş verib. İlkin məlumata əsasən, mübahisə qadının boşanmaq üçün ərizə vermək niyyəti səbəbindən yaranıb.
Sözlü münaqişə qısa müddətdə bıçaqlı davaya çevrilib. Bildirilir ki, kişi həyat yoldaşının boyun və sinə nahiyəsinə bir neçə zərbə endirib. İstintaqın versiyasına görə, qadın özünü müdafiə etmək üçün bıçaq götürüb. Nəticədə hər iki tərəf ağır yaralanıb və təcili yardım gələnə qədər hadisə yerində ölüb.
Qonşular mənzildən gələn səs-küy və qışqırıqları eşitdikdən sonra hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Cütlüyə yaxın şəxslərin sözlərinə görə, onların münasibətləri uzun müddətdir gərgin olub. İddia edilir ki, qadın ərinin davranışlarına görə ciddi emosional stress yaşayırdı. Münaqişələr tez-tez təkrarlanır, lakin sonradan barışıq baş verirdi. Son vaxtlar isə qadının ayrılmaq qərarı verdiyi bildirilir.
Məlumata görə, hadisədən bir gün əvvəl Yevgeniya dostlarının məclisində olub. Həmin gün Vladislav isə müvəqqəti qaldığı qayınanasının evindən çıxaraq əvvəlcə teatra, daha sonra dostları ilə görüşə gedib. Sonradan isə faciənin baş verdiyi Mıtişidəki mənzilə yollanıb.
Hər iki şəxs “Fest” Teatrı ilə bağlı olub. Vladislav Benqraf müxtəlif tamaşalarda, o cümlədən “Sirano de Berjerak” və “Mafioso” səhnə əsərlərində çıxış edib. Yevgeniya isə qrim şöbəsinə rəhbərlik etməklə yanaşı, teatr truppasında da fəaliyyət göstərib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












