Banner

Tanınmış bloger anasının evinə hücum etdi - ANBAAN VİDEO

Hadisə 2 Noyabr 2026 14:06
Tanınmış bloger anasının evinə hücum etdi - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə olun

Özünü xeyriyyəçi kimi göstərərək sosial şəbəkələrdə ehtiyacı olan şəxslərə yardım çağırışları edən bloqer Namiq Əzizin anasının evinə basqın edərək onu döyməsi ilə bağlı görüntülər yayılıb.

Avtosfer.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib.

Məlumata görə, əsl adı Namiq Kəlbiyev olan şəxs Bakıdan rayona gedərək anasının yaşadığı evə pəncərədən daxil olub. O, mənzilə girdikdən sonra anasına hücum edərək onu döyüb. Hadisə zamanı evdən qadının qışqırıq səsləri eşidilib.

Bildirilib ki Namiq Kəlbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Onun hansı səbəbdən anasına xəsarət yetirdiyi hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan vurğulanıb ki, hazırda faktla bağlı müvafiq polis orqanında araşdırma aparılır.

Baku.tvhttps://baku.tv/embed/281996

 

 

Oxunub : 248
ŞƏRH YAZ
Ad

E-mail

Şərh