Tanınmış jurnalist atasının dəfnində SAXLANILDI - FOTO

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində jurnalist Mirgün Cabas haqqında saxlanma qərarı verildiyi bildirilib. Cabas bu xəbəri atasının dəfni üçün İzmirdə olduğu vaxt mediadan öyrəndiyini açıqlayıb.
Avtosfer.az xəbər verir ki, Bakırköy Respublika Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində ümumilikdə 25 nəfər haqqında saxlanma qərarı çıxarıldığı qeyd olunub. Həmin şəxslər arasında Mirgün Cabasın da olduğu bildirilib.
Mirgün Cabas sosial media hesabında paylaşdığı açıqlamada belə deyib:
“Bu səhər adımın bir istintaqda keçdiyini mediadan öyrəndim. Dünən atamı itirdim, atamın dəfni üçün İzmirdəyəm.”
O bildirib ki, vəkilləri artıq istintaq orqanları ilə əlaqə saxlayır və məlumat əldə etdikdən sonra lazımi addımları atacaq.
Hadisə Türkiyə mediasında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi jurnalistin belə bir xəbəri atasının dəfni zamanı öyrənməsinə diqqət çəkib./musavat/

Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












