“Taşfırın”da dönərçidən xadiməyə qarşı cinayət

Sabirabad rayonunda iş yoldaşının kartından pul oğurlayan restoran işçisinin məhkəməsi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsirləndirilən 1993-cü il təvəllüdlü Elvin İmanova hökm oxunub.
Bildirilib ki, oğurluq hadisəsi Sabirabad şəhərində yerləşən “Taşfırın” restoranında baş verib. Belə ki, restoranda dönərçi işləyən Elvin orada xadimə kimi çalışan X.Ramazanovanın telefonundan gizli şəkildə 280 manat pulu öz kartına atıb. Məlum olub ki, Elvin qadının telefonunu götürdükdən sonra bank proqramına daxil olub və 300 manatlıq krediti rəsmiləşdirib. O, daha sonra 300 manatdan 280 manatını özünə ötürüb.
Fakt üzə çıxdıqdan sonra X.Ramazanova polisə müraciət edib və cinayət işi başlanılıb.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə E.İmanova 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq taxılıb və yaşadığı ərazini xəbərdarlıq etmədən tərk etməsi qadağan olunub.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












