Taski şirkətinə 150 min ziyan vuran qadın saxlanıldı - VİDEO

Türkiyənin Bursa şəhərində taksi dayanacağında baş verən insidentin yeni görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, hadisə Nilüfer rayonunda, Bursa Şəhər Xəstəxanasının taksi dayanacağında qeydə alınıb.
Məlumata görə, 32 yaşlı qadın taksidə müştəri olmasına baxmayaraq, avtomobilə minmək istəyib. Növbədə olan digər taksiyə yönləndirildikdən sonra qadın əsəbiləşərək dayanacaqda vandalizmə başlayıb. O, külqabını götürərək şüşələri sındırıb, avadanlıqlara ziyan vurub. Hadisə ərazidə olan şəxslər tərəfindən mobil telefonla lentə alınıb. Qadının taksi dayanacağına zərər vurduğu anın görüntüləri təhlükəsiz kamerasına düşüb.
Taksi dayanacağının rəhbərliyi bildirib ki, insident nəticəsində təxminən 150 min lirə (təxminən 5 850 manat) maddi ziyan dəyib. Dayanacaq rəhbəri Mustafa Turanın sözlərinə görə, qadın “Taksilər məni sevmir” deyə qışqıraraq işçiləri təhqir edib, lakin qadın olduğu üçün müdaxilə etməyiblər.
Hadisədən sonra qadın polis tərəfindən saxlanılıb, daha sonra məhkəməyə çıxarılaraq məhkəmə nəzarəti şərti ilə girov müqabilində azadlığa buraxılıb.
Qeyd edək ki, insidentlə bağlı araşdırma davam edir.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












