Təbiətə 211 min manatdan çox ziyan dəyib

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Xaçmaz, Zaqatala, Zəngilan və Qəbələ rayonları ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunub ki, araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Azər Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Nəsimi rayonu İmran Qasımov, Mirəli Qaşqay və Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsində, Abşeron rayonu Saray qəsəbəsində, Xaçmaz rayonu Mürşüdoba kəndi, Zaqatala rayonu Muğanlı kəndi, Zəngilan rayonu Mincivan qəsəbəsi ərazisində və Qəbələ-Oğuz avtomobil yolunun Zərgərli kəndindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 211350 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












