Təbiətə 300 min manata yaxın ziyan dəyib

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Quba, Ağdam və İsmayıllı rayonlarının inzibati ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub. Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Araşdırma zamanı Sumqаyıt şəhəri Kаmrаn Hüsеynоv küçəsində, Quba rayonunun Bad, Ağdam rayonunun Əliağalı kəndlərində və İsmayıllı-Qaraməryəm yolunun Balik kəndi ərazisindən keçən hissəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 297 min 40 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












