Təcili yardıma yol verməyən sürücünün görüntüləri yayıldı; cəzalandırıldı - VİDEO

Təcili tibbi yardım maşınına yol verməyən sürücü barəsində tədbir görülüb. Avtosfer.az xəbər verir ki, Rusiyada baş verən hadisənin görüntüləri sosial şəbəkədə yayımlanıb və izləyicilərin böyük narazılığına səbəb olub. Daxil olan şikayətlər əsasında və videogörüntüləri də nəzərə alan Dövlət Yol Polisinin (DYP) əməkdaşları operativ şəkildə hərəkətə keçərək qayda pozan sürücünün şəxsiyyətini qısa müddətdə müəyyən ediblər. Araşdırma zamanı həmin şəxsin 46 yaşlı kişi olduğu məlum olub.
Qayda pozan sürücü ilə regional bölmədə profilaktik xarakterli söhbət aparılıb, ona törətdiyi əməlin həm özü, həm də digər hərəkət iştirakçıları üçün yaratdığı təhlükələr izah edilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.
Törətdiyi xətanı tamamilə boynuna alan sürücü qeyri-peşəkar davranışına görə peşman olduğunu bildirib. O, ictimaiyyətdən üzr istəyərək bir daha belə bir addım atmayacağına dair söz verib.
Yol Polisi bir daha bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə və yollarda qarşılıqlı hörmət nümayiş etdirməyə çağırır.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












