Təkəri deşilən avtobusun sürücüsü sərnişinləri yarı yolda düşürüb uzaqlaşdı – 10-TG-801 - VİDEO

131 nömrəli marşrut xətti üzrə hərəkət edən 10 TG-801 nömrə nişanlı avtobusda sərnişinlərin ciddi narazılığına səbəb olan hadisə baş verib.
Sabah Bakıda bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulacaq
Avtosfer.az xəbər verir ki, sərnişinlərin sözlərinə görə, “General Auto Combay MMC”yə məxsus avtobusun təkəri hərəkət zamanı partlayıb, buna baxmayaraq, sürücü avtobusu sürməyə davam edib və yol boyu bütün sərnişinləri yığmağa davam edib.
Şahidlər bildirirlər ki, avtobus digər xətt üzrə hərəkət edən avtobuslarla sanki yarış halında olduğu üçün “Koroğlu” metro stansiyasına çatmadan, tam marşruta uyğun olmayan Bakı Olimpiya Stadionunun qarşısında dayanaraq sərnişinləri orada düşürüb və həmin ərazidən dərhal uzaqlaşıb.
Sərnişinlərin düşürüldükləri yer isə nə 131 nömrəli avtobusun dayanacağıdır, nə də həmin ərazidən başqa avtobuslar keçir. Nəticədə insanlar həm vaxt itirib, həm də əlavə məsafəni piyada getmək məcburiyyətində qalıblar. Bir çox sərnişin bildirir ki, hadisə baş verən an təkərin zədəli olması səbəbindən avtobusun hərəkəti təhlükəli olub və sürücü sərnişinlərin təhlükəsizliyini nəzərə almayıb.
Şikayətçilər vurğulayırlar ki, təkəri partlayan avtobusun hərəkətini davam etdirməsi həm texniki təhlükəsizlik qaydalarının pozulmasıdır, həm də sərnişinlərin həyatına real təhlükə yaradır. Onların sözlərinə görə, sürücü ya avtobusu yaxın dayanacaqda saxlamalı, ya da sərnişinlərin başqa nəqliyyat vasitəsinə yönləndirilməsini təmin etməli idi.
Sərnişinlər həmçinin qeyd edirlər ki, son zamanlar 131 nömrəli marşrut üzrə bu kimi hallar tez-tez yaşanır: avtobusların nasaz vəziyyətdə xəttə buraxılması, sürücülərin qaydalara əməl etməməsi və yolboyu digər avtobuslarla yarışması marşrutdan istifadə edənlərin narazılığını artırır.
Eltac Züflüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












