Təmizlik işçisi motosikletin altında qalmaqdan son anda qurtuldu - VİDEO

Qayda pozan piyada ağır qəzadan son anda xilas olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında paytaxtın magistral yollarından birində qeydə alınıb.
Kadrlardan göründüyü kimi, Mənzil-Kommunal Təsərrüfat Birliyinin əməkdaşları magistral yolda təmizlik işləri aparırlar. Bu zaman işçilərdən biri əlində paketlə digər əməkdaşların yanına keçmək istəyir.
Lakin qadın yaxınlaşan nəqliyyat vasitələrinə məhəl qoymadan hərəkət edir. Bu isə həm onun, həm də hərəkətdə olan motosiklet sürücüsünün həyatı üçün ciddi təhlükə yaradır.
Belə ki, motosiklet sürücüsü qadını son anda görərək sola manevr edir və qəzanın qarşlsını alır. Videodan təmizlik işçisinin yola diqqət yetirmədiyi aydın görünür.
Hadisə bir daha piyada və sürücülərin, xüsusilə də intensiv hərəkətin olduğu yollarda təhlükəsizlik qaydalarına ciddi əməl etməsinin vacibliyini göstərir. Piyadalar yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, sürücülər isə yol şəraitini və digər hərəkət iştirakçılarını nəzərə alaraq ehtiyatlı olmalıdırlar.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












