Terrorçuluqda təqsirləndirilən 3 nəfər həbs edilib

Almaniyada konstitusiya quruluşuna qarşı olmaqda təqsirləndirilən “İmperiya vətəndaşları” şəbəkəsinin üç üzvü həbs edilib. Onlara qarşı terrorçu təşkilatın üzvü olmaq ittihamı irəli sürülür.
Avtosfer.az yerli mediaya istinadla xəbər verir ki, həmin şəxslər “İmperiya vətəndaşları” şəbəkəsinin rəhbəri olmaqda təqsirləndirilən Haynrix XIII Prins Roys ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılıblar. Onların terrorçu təşkilatın üzvü olduqları və dövlət quruluşunu zorakı yollarla devirmək məqsədi güddükləri ehtimal edilir. Bavariya, Saksoniya və Türingiya əyalətlərində keçirilən əməliyyatlar nəticəsində ümumilikdə beş kişi və bir qadın saxlanılsa da, onların üçü barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, “İmperiya vətəndaşları” şəbəkəsinin məqsədi Almaniyada dövlət quruluşunu zorakı yollarla devirmək və monarxiyaya əsaslanan yeni dövlət yaratmaqdır. Bu qrupun rəhbər şəxsləri 2022-ci ilin dekabrında Almaniya üzrə keçirilən əməliyyatlar zamanı saxlanılıb. Onlara qarşı irəli sürülən ittihamlardan biri də 2022-ci ilin aprelində Bundesverə məxsus keçmiş təlim poliqonunda atıcılıq məşqində iştirak etmələridir. Həmin təlimlərin məqsədinin Bundestaqa qarşı hücuma hazırlıq olduğu bildirilir.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












