Tərtərdə 19 yaşlı ana doğuşda öldü - Körpəsi sağ qaldı - YENİLƏNİB

Tərtər Rayon Mərkəzi Xəstəxanası gənc qadının doğuş zamanı ölməsi ilə bağlı yayılan məlumatın detallarını açıqlayıb.
Xəstəxanadan bildirilib ki, 2007-ci il təvəllüdlü pasiyent martın 12-də saat 17:00 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə 39-40 həftəlik hamiləlik, baş gəlişi, doğuşun I dövrü diaqnozu ilə daxil olub:
"Aparılan tibbi müşahidə və nəzarət fonunda saat 18:30 radələrində fizioloji doğuş baş verib.
Doğuşdan sonrakı dövrdə zahı qadının ümumi vəziyyətində kəskin pisləşmə qeydə alınıb. Pasiyentə dərhal mövcud klinik vəziyyətə uyğun olaraq reanimasiya və intensiv terapiya tədbirləri həyata keçirilib.
Görülən bütün zəruri tibbi müdaxilələrə baxmayaraq, 12.03.2026-cı il tarixində saat 21:50-də pasiyentin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tərtər rayon şöbəsinə təhvil verilib.
Hadisənin səbəblərinin dəqiqləşdirilməsi məqsədilə müvafiq araşdırma aparılır.
Ölümün bilavasitə səbəbinin dəqiq müəyyənləşdirilməsi patoloji-anatomik müayinə (təşrih) nəticəsində məlum olacaq".
Həmçinin xəstəxanadan bildirilib ki, yenidoğulmuşun vəziyyəti qənəatbəxş olaraq qiymətləndirilir.
***12:36
Tərtər rayonunda qadın doğuş zamanı ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə martın 12-si saat 23 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Hacıqərvənd kənd sakini Röya Zahid qızı Allahverdiyeva doğuş zamanı vəfat edib.
Yenidoğulan körpənin həyatını xilas etmək mümkün olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO











