Təyyarə havada paraşütçü qadını vurub

Avstriyada turist təyyarəsi havada paraşütçü ilə toqquşub. Təyyarə çardağa dəyərək qadının yerə yıxılmasına səbəb olub. Avtosfer.az "Sfera"ya istinadən bildirir ki, qadın yalnız ehtiyat paraşütü sayəsində xilas ola bilib. Paşütçü Sabrina, Avstriyanın şimalındakı Şmittenhoeh dağının yaxınlığında uçarkən çəkdiyi videonu paylaşıb. Birdən kiçik bir turist təyyarəsi onun paraşütünün başına bir neçə santimetr məsafədə çırpılıb. Kadrlarda onun təcili paraşütü açmağa çalışarkən idarəetməni itirməyə başladığı və çarəsizcə qışqırdığı görünür. Paraplan örtüyü zərbədən yarıya bölünüb.
Möcüzəvi şəkildə o, iplərdən qurtulub təcili paraşütü açmağı bacarıb. Daha sonra videodakı ucadan iniltisindən də göründüyü kimi, olduqca çətin eniş edib. Avstriyanın "Kronen Zeitung" qəzetinin məlumatına görə, təcrübəli paraplançı daha sonra polis vertolyotu tərəfindən götürülərək yerli hava limanına aparılıb. "Hələ də inana bilmirəm ki, burada oturub bunu yazıram: bir neçə xoşagəlməz qançırlar və ümumi ağrılardan başqa, ciddi bir şey baş verməyib"- deyə Sabrina qeyd edib.
Hakimiyyət orqanlarının məlumatına görə, 28 yaşlı kişinin idarə etdiyi gəzinti təyyarəsi Zell am Zee hava limanına təhlükəsiz şəkildə eniş edib. Pilot isə bildirib ki, paraplanla toqquşmadan qaçmaq mümkün olmayıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












