Təyyarə sərnişinləri 10 saat səmada qaldı: Qəribə SƏBƏB

"Air India" aviaşirkətinin sərnişinləri tualetlərin daşması səbəbindən 10 saat havada vaxt itiriblər.
Avtosfer.az xəbər verir ki, bu barədə "One Mile At A Time" portalı məlumat verib.
Hadisə göyərtəsində üç yüz sərnişinin olduğu, Çikaqodan Dehliyə uçan "Boeing 777-300ER" təyyarəsində baş verib. Qeyd olunur ki, Hindistanın paytaxtına uçuş 14 saat davam etməli idi. Kapitan uçuşu dayandırmaq qərarına gəlməzdən əvvəl təyyarə Kanada və Qrenlandiya üzərindən uçub.
Nəticədə təyyarə Atlantik okeanı üzərindən geriyə çevrilib və texniki nasazlıq səbəbindən yola düşdüyü hava limanına qayıdıb. Məlum olub ki, göyərtədəki onlarla tualetdən yalnız biznes sinifdə olan biri işlək vəziyyətdə olub.
Hadisə aviasiya ictimaiyyətində müzakirə mövzusuna çevrilib. Mütəxəssislər əmindirlər ki, bütün tualetlərin dolu olması ilə bağlı vəziyyət təyyarələrə texniki qulluqda problemlər olduğunu göstərir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












