“Təyyarəm daha böyük risk altında idi” - Gizli uçuşu təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp ötən ay İrandan mümkün sui-qəsd təhdidi səbəbindən Türkiyəni gizli təhlükəsizlik əməliyyatı ilə tərk etdiyini təsdiqləyib.
Avtosfer.az xəbər verir ki, o, bu barədə ABŞ mediasında yayılan xəbərlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“The Washington Post” qəzetinin yazdığına görə, prezident Türkiyədən çıxarkən əvvəlcə ictimaiyyətə göstərilən prezident təyyarəsinə minib, daha sonra isə gizli şəkildə başqa hərbi təyyarəyə keçirilib.
Tramp isə onu daşıyan təyyarənin, əslində, daha böyük təhlükə altında olduğunu düşündüyünü bildirib: “Əslində, olduğum təyyarənin daha böyük risk altında olduğunu düşünürəm. Çünki hədəfə alınma ehtimalı daha yüksək olan təyyarə olduğu qənaətindəyəm”.
Tramp təyyarənin dəyişdirilməsi qərarının şəxsən onun tərəfindən verilmədiyini vurğulayıb.
Prezident bildirib ki, təhlükəsizlik məsələlərində Məxfi Xidmət və hərbi rəsmilərin tövsiyələrinə əməl edir. Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları başqa təyyarə ilə uçmasını istəyiblər və o da bu qərara uyğun hərəkət edib.
Tramp prezidentlərin ciddi təhlükələrlə üzləşə biləcəyini deyərək, bu cür təhdidlərdən qorxmadığını da bildirib.
Nəşrin məlumatına görə, Tramp ötən ay Türkiyədən ayrılarkən təhlükəsizlik planı son anda dəyişdirilib.
O, əvvəlcə kameralar qarşısında prezident təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra hava limanında istifadə olunan iaşə maşını vasitəsilə başqa tərəfə aparılıb və uçuş-enmə zolağında gözləyən daha kiçik ABŞ hərbi təyyarəsinə keçirilib.
Bu zaman ilk təyyarənin uçuşunu davam etdirməsi və Trampın hələ də onun içində olması görüntüsü yaradılıb.
Əməliyyatın detalları açıqlanmayıb. Məlumata görə, hətta bəzi jurnalistlər və Ağ Ev əməkdaşları prezidentin başqa təyyarəyə keçirildiyindən xəbərsiz olublar.
Təhlükəsizlik tədbirinin Trampa qarşı İranla əlaqəli mümkün sui-qəsd təhdidi barədə kəşfiyyat məlumatlarından sonra hazırlandığı bildirilir.
Qadın sürücü saxta polis avtomobilində tutuldu
Tiktoker "Bəniz"in həyat yoldaşının cəsədi tapıldı - Türkiyədə
Bir ildir axtarılan qadının meyiti öz həyətindən çıxdı: OĞLU ÖLDÜRÜBMÜŞ - RƏSMİ
28 saat yatmayan sürücü məhkəməyə verildi
Gecə saatlarında “BYD” alovlanıb yararsız hala düşdü - VİDEO
Turist yol polisinə bıçaqla hücum etdi; qaçarkən ayağından vuruldu – VİDEO
Bakıda maşın salonu yandı - VİDEO
DTX-dən vətəndaşlara çağırış: Azərbaycan nömrələri ilə saxta hesablar yaradılır
Bazar günləri yük avtomobillərinin hərəkətinə icazə verilməsi narazılıq doğurdu
Polisdən əməliyyat: 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VİDEO
Milyonluq lüks avtomobil bir neçə dəqiqə ərzində külə döndü - FOTOLAR










