Təyyarənin ön şassisi qəflətən çökdü - Yaralılar var - VİDEO

Almaniyanın milli aviadaşıyıcısı “Lufthansa”ya məxsus “Boeing 787-9 Dreamliner” tipli sərnişin təyyarəsinin ön şassisi Frankfurt hava limanında park edilərkən çöküb.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində bir neçə heyət üzvü yüngül xəsarət alıb.
“Lufthansa”nın açıqlamasına görə, insident yerli vaxtla saat 12:45 radələrində, Los-Anceles reysi üçün sərnişinlərin təyyarəyə minməsindən az əvvəl baş verib. Bildirilib ki, təyyarə dayanacaq mövqeyində olarkən ön şassi gözlənilmədən geri çəkilib və nəticədə təyyarənin burnu yerə çöküb.
Hadisə zamanı təyyarədə kabin heyəti və yerüstü xidmət əməkdaşları olub. Yaralanan işçilərə hadisə yerində tibbi yardım göstərilib.
“Lufthansa” yaralılar arasında iki kabin heyəti üzvünün olduğunu, bütün xəsarətlərin isə yüngül xarakter daşıdığını açıqlayıb. Təhlükəsizlik məqsədilə yaralanan şəxslər xəstəxanaya aparılıb.
İnsident səbəbindən Frankfurt–Los-Anceles reysi ləğv edilib. Şirkət hadisənin səbəblərinin araşdırıldığını, təyyarənin isə ətraflı texniki baxış və təmir işləri üçün anqara aparılacağını bildirib.
Aviasiya sahəsində ixtisaslaşmış “Aerotelegraph” nəşrinin məlumatına görə, qəzaya uğrayan Boeing 787-9 Dreamliner cəmi bir il əvvəl istismara verilib və bu ilin yanvar ayında Lufthansa donanmasına daxil edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












