"TikTok"da söyüşə görə başlayan mübahisə parkda bıçaqlanma ilə bitdi - 13 il həbs

"TikTok" sosial şəbəkəsində söyüş söyən şəxsi öldürməyə cəhddə təqsirləndirilən Töhrad Quliyev və Cavad Bayramovun barələrindəki cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Avtosfer.az "Unikal"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Babaxan Həsənəliyev Töhrad Quliyevin 17, Cavad Bayramovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxslər son söz deyiblər.
Məhkəmənin hökmünə əsasən, T.Quliyev 15 il 6 ay, C.Bayramov 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.
Qeyd edək ki, hadisə 2024-cü ilin martında Nəsimi rayonu, Moskva prospektində 96 nömrəli məktəbin qarşısında yerləşən parkda baş verib.
Belə ki, təqsirləndirilən şəxslər "TikTok"da sözlü mübahisədən sonra zərəçəkmişlə görüş təyin ediblər. Orada mübahisə dava-dalaşa çevirilib və bıçaqlanma hadisəsi baş verib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












