Tiktoker AZAL-ın təyyarəsinə qayçı ilə minib video çəkdi - VİDEO

Sosial şəbəkələrdə yayılan bir video geniş müzakirələrə səbəb olub.
Avtosfer.az xəbər verir ki, görüntülərdə tiktokerlərdən birinin təyyarəyə qayçı keçirdiyini və həmin anları lentə alaraq paylaşdığını görmək mümkündür.
Paylaşım qısa zamanda izləyicilər arasında suallar doğurub. Xüsusilə, təhlükəsizlik yoxlaması zamanı kəsici alətin təyyarəyə necə keçirildiyi ilə bağlı müzakirələr aparılıb. İstifadəçilər aviasiya təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Qeyd edək ki, AZAL-ın qüvvədə olan qaydalarına əsasən, əl yükündə uzunluğu 6 santimetrdən artıq olan kəsici və deşici alətlərin daşınmasına icazə verilmir. Bu tip əşyalar təhlükəsizlik baxımından məhdudlaşdırılan əşyalar siyahısına daxildir.
Sözügedən görüntülər isə sosial şəbəkələrdə geniş rezonans doğuraraq müzakirə mövzusuna çevrilib.\\axsam.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












