Torpaq çökdü, parklanan avtomobil içinə düşdü – ANBAAN VİDEO
Türkiyənin İstanbulun Esenyurt rayonunda qeyri-adi hadisə baş verib. Boş torpaq sahəsində əmələ gələn çökəklik ərazidə park edilən avtomobili tamamilə udub. Hadisə anı ətrafdakılar tərəfindən mobil telefon kamerası ilə lentə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə Esenyurtun Battalqazi məhəlləsində qeydə alınıb. Məlumata görə, torpaq ərazidə parklanan avtomobil torpaq sahəsində yaranan qəfil çökəkliyə düşərək tamamilə gözdən itib. Görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Hadisə ilə bağlı əraziyə polis və bələdiyyə əməkdaşları cəlb olunub. Polis təhlükəsizlik tədbirləri görərək ərazini mühasirəyə alıb, çökəkliyin ətrafında təhlükəsizlik kordonu yaradılıb. İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) əməkdaşları isə hadisənin baş verdiyi ərazinin, xüsusilə də yaxınlıqda yerləşən qorunan sahənin vəziyyətini araşdırmaq üçün baxış keçiriblər. Potensial risk nəzərə alınaraq, vətəndaşların əraziyə girişinə məhdudiyyət qoyulub.
Avtomobilin sahibi Cevdet Turahan hadisəyə münasibəti ilə diqqət çəkib. O bildirib ki, avtomobili ilə uzun müddət ciddi problemlər yaşayıb:
“Bu maşınla çox əziyyət çəkmişəm. İki dəfə mühərriki sıradan çıxıb, demək olar ki, başıma gəlməyən qalmayıb. Hər gün kimsə maşınımı vururdu. Ona görə də onu bu vəziyyətdə görəndə kədərlənmədim, əksinə sevindim. Edə biləcəyim bir şey yoxdur. Sadəcə basdırın və işiniz bitsin”.
Məhəllə sakini Hakan Aktaş isə bildirib ki, ərazidə ilk dəfə belə hadisə ilə qarşılaşırlar:
“Bu səhər yoldan keçərkən maşının çökəkliyə düşdüyünü gördüm və dərhal polisə xəbər verdim. Çökəklik getdikcə genişlənir. Demək olar ki, avtomobil tamamilə yoxa çıxıb”.
Qeyd edək ki, hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir. Aidiyyəti qurumlar ərazidə əlavə çökmə riskinin olub-olmadığını qiymətləndirir.
Eltac Zülfüqaroğlu
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












