“Toyota” təhlükəsiz mobillik mövzusunda konfrans təşkil edir - RƏSMİ
İyun ayında “Toyota Qafqaz” və “Avtosfer.az-ın tərəfdaşlığı ilə yeni layihəyə start veriləcək. Layihə çərçivəsində “Təhlükəsiz mobilliyə doğru” adlı konfransın təşkili nəzərdə tutulub.
Konfrans Dövlət Gömrük Komitəsi, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Dövlət Yol Polisi, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, daşıyıcı şirkətlər (avtobus və taksi parkları), İcbari Sığorta Bürosunun nümayənələri ilə baş tutacaq.
Tədbirin əsas mövzusu texniki cəhətdən saz vəziyyətdə olan avtomobillərdə təhlükəsizliyin təminatı olacaq. Tədbirin əsas ideyası yol hərəkəti təhlükəsizliyinin əsas elementi olan nəqliyyat vasitələrinin sazlığı, sürücülərin nəqliyyat vasitələrinə qarşı münasibətini öyrənmək və onları məlumtlandırmaqdır. Region üçün uyğun olmayan avtomobil modelləri, qeyri-orijinal hissələr və onların yaratdığı risklər dövlət qurumları və ictimaiyyət nümayəndələri vasitəsilə sürücülərə çatdırılacaq. Konfransı keçirməkdə məqsəd regiona uyğun olmayan, “boz bazarda” zamanətsiz satılan nəqliyyat vasitələrinin vətəndaşlara vurduğu zərərlərlə bağlı dövlət qurumları və mütəxəssislər vasitəsilə cəmiyyəti maarifləndirməkdir.
Tədbirdə çıxış edəcək aidiyyəti qurumların nümayəndələri qeyri-orijinal ehtiyat hissələrinin bazarda yaratdığı qeyri-sağlam rəqabət və zəmanətsiz satılan nəqliyyat vasitələri ilə vətəndaşların üzləşdiyi problemlər, belə ehtiyat hissələrinin bazara yol açmasının əsas səbəbləri və buna qarşı mübarizə tədbirləri, təhlükəsizlik elementləri aşağı səviyyədə olan avtomobillərin iştirakı ilə baş verən hadisələr, texniki nasazlıq ucbatından yaranan qəzaların sığorta şirkətləri üçün yaratdığı çətinliklər, eləcə də qeyri-rəsmi şəbəkələr vasitəsilə satılan maşınları alanların üzləşdiyi problemlərlə bağlı müraciətlərin sayı qeyd olunacaq.
Səfər
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












