Trampın təyyarəsində insident: Təxliyə trapı niyə açılıb? - VİDEO

ABŞ Prezidenti Donald Trampın "Air Force One" təyyarəsində təcili təxliyə üçün nəzərdə tutulan hava ilə şişirdilən trap səhvən açılıb. Bu hadisə ABŞ liderinin Dallasa (ABŞ, Texas ştatı) uçuşunun təxirə salınması ilə nəticələnib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə "The New York Times" (NYT) nəşri mənbəyə istinadən məlumat verib.
Tramp özü baş verən olayı şişmə trapın sınaqdan keçirilməsi ilə izah edib.
"Onlar əmin olmaq istəyirlər ki, hər şey ideal işləyir", - deyə ABŞ lideri təyyarəyə minməzdən əvvəl mətbuata açıqlamasında bildirib.
Lakin nəşrin məlumatına görə, prezidentin hərbi köməkçilərindən biri şişmə trapı təsadüfən aktivləşdirib.
Daha əvvəl Ağ Evin mətbuat xidmətinin jurnalistləri bildirmişdilər ki, Tramp sentyabrın 9-da yerli vaxtla saat 14:01-də (Bakı vaxtı ilə saat 22:01 - red.) Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına vertolyotla gəlib, bundan sonra isə təyyarəyə minməli və Dallasa uçmalı idi. Lakin ABŞ Administrasiyasının rəhbəri uzun müddət vertolyotu tərk etməyib. Eyni zamanda jurnalistlər ona diqqət çəkiblər ki, Qətər kral ailəsinin ona hədiyyə etdiyi yeni prezident avialaynerinin burun hissəsində təcili təxliyə üçün şişmə trap açılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












