Türkiyədə 17 il əvvəlki helikopter faciəsində YENİ DÖNÜŞ: 36 nəfər həbs edildi

Türkiyədə Böyük Birlik Partiyasının (BBP) mərhum sədri Muhsin Yazıcıoğlu və onunla birlikdə olan şəxslərin həlak olduğu helikopter qəzası ilə bağlı istintaq çərçivəsində saxlanılan 38 şübhəlidən 36-sı həbs edilib, iki nəfər isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.
Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğunun məlumatına görə, FETÖ fəaliyyəti çərçivəsində qəsdən adam öldürmədə iştirak etdikləri və hadisənin araşdırılmasına mane olduqları iddia edilən 47 şübhəli barədə saxlanılma qərarı verilib.
Ankara mərkəzli olmaqla 16 vilayətdə 45 ünvanda əməliyyat keçirilib. Şübhəlilərdən 38-i saxlanılıb və məhkəməyə göndərilib.
Məhkəmə şübhəlilərdən 36-sının həbsinə qərar verib. İstintaqın davam etdiyi bildirilib.
Xatırladaq ki, 2009-cu ilin martında göyərtəsində Muhsin Yazıcıoğlunun da olduğu helikopter Kahramanmaraş vilayətində qəzaya uğrayıb. BBP sədrinin və hadisə zamanı həlak olan digər beş nəfərin cəsədi faciədən 48 saat sonra tapılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












