Türkiyədə batan sərnişin gəmisi ilə bağlı proses başladı: İki Azərbaycan vətəndaşı məhkəməyə çıxarıldı

Şimali Kipr Türk Respublikasında baş verən sərnişin gəmisi qəzası ilə bağlı məhkəmə prosesi başlayıb. Ötən gün Girne sahillərində sərnişin gəmisinin aşması və səkkiz nəfərin ölümü ilə nəticələnən qəza ilə əlaqədar saxlanılan doqquz nəfər - kapitan, yeddi ekipaj üzvü və bir şirkət işçisi - Girne Dairə Məhkəməsinə gətirilib.
Bu barədə Avtosfer.az "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, saxlanılan kapitan ilə yanaşı, Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov da daxil olmaqla, yeddi ekipaj üzvü, eləcə də bir şirkət işçisi hakim qarşısına çıxarılıb.
Hakim "Ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma" ittihamı ilə axtarılan yeddi nəfərin də məhkəməyə gətirilməsini istəyib və məhkəmə iclasının bundan sonra davam edəcəyini elan edib.
Gəminin kapitanı və ekipaj üzvləri məhkəməyə verdikləri ifadədə dalğaların zərbindən gəminin ön hissəsinin qopduğunu və gəminin çevrildiyini, qəzanın bu səbəbdən baş verdiyini bildiriblər. Onların iddia ediblər ki, meteoroloji məlumatlara əsasən yola çıxdıqları zaman heç bir problem olmayıb, gəminin sertifikatına isə həm naviqasiya, həm də idarəetmə baxımından bütün lazımi icazələri daxil olub.
Məhkəmə texniki məlumatların toplanmasını, şahidlərin dindirilməsini, Türkiyədə bu məsələ ilə bağlı istintaqın açılıb-açılmadığı ilə bağlı araşdırma aparılmasını və digər sənədlərin tamamlanmasını tələb edib.
Xatırladaq ki, Şimali Kipr Türk Respublikası (ŞKTR) sahillərində batan "FiloJet" bərəsinin heyətində Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimov olublar. Hər ikisi xilas edilib.
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO
Bakı-Sumqayıt yolunda maşınlara daş atanlar KİMDİR? - VİDEO
Bakı-Sumqayıt yolunda avtobuslara hücum edildi - Saxlanılanlar var - FOTO
Xırdalanda təhlükəli mənzərə: Sürücülər qəza riski ilə üz-üzədir - VİDEO
Yük maşını xarab olub yolu kəsdi; polislər müdaxilə edib tıxacın qarşısını aldı - VİDEO
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO












