Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Saxta pasportla Gürcüstana keçmək istəyən Türkiyə vətəndaşı Qazaxda saxlanılıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 34 yaşlı İ.Çalımın öz ölkəsində cinayət törətdiyi məlum olub. Türkiyədə qəssab işləmiş Çalım məsuliyyətdən yayınmaq məqsədilə Naxçıvan şəhər sakini ilə əlaqə yaradıb. O, ötən il 1500 manat müqabilində maşının baqajında Azərbaycana keçirilib, bir müddət Bakıda kirayədə yaşayıb. Qəssab daha sonra saxta pasportla Azərbaycandan Gürcüstana getmək istəyib. Lakin “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində yoxlama zamanı sərhədçilər tərəfindən saxlanılıb. Ona qarşı dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə maddələri üzrə cinayət işi açılıb. Qazax Rayon Məhkəməsi türkiyəli müttəhimin iki azyaşlı övladını və əvvəllər məhkumluğunun olmamasını nəzərə alıb. Hökmə əsasən, İ. Çalım 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












