Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı – Detallar

Türkiyənin Kocaeli vilayətində Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə etdiyi İzmit Bələdiyyəsinə qarşı korrupsiya istintaqı çərçivəsində əməliyyat keçirilib.
Avtosfer.az apa-ya istinadən bildirir ki, İzmit bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyyət və onun həyat yoldaşı Murat Hürriyyət də daxil olmaqla, 31 nəfər barəsində saxlanılma qərarı verilib.
Fatma Kaplan Hürriyyət və həyat yoldaşı saxlanılıb.
Polis əməkdaşları bələdiyyə binasında və sədrin evində axtarış aparıblar. Antalya, Kırıkkale, İzmit, İstanbul və Ankarada eyni vaxtda əməliyyatların davam etdiyi bildirilir.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində şübhəlilərin ifadələri və gizli şahidlərin məlumatları əsasında İzmit Bələdiyyəsinin keçirdiyi bir sıra tenderlər araşdırılıb.
İstintaq materiallarında tenderlərin qalibləri və iştirakçı şirkətlərin sahibləri ilə bələdiyyə rəsmiləri arasında qohumluq əlaqələrinin olduğu iddia edilir. Bələdiyyə sədrinin həyat yoldaşının isə tender prosedurları, işə qəbul və kadr təyinatlarında birbaşa rol oynadığı irəli sürülür.
Saxlanılan şəxslər cinayət törətmək məqsədilə təşkilat yaratmaq, rüşvət almaq və tenderə müdaxilə etməkdə ittiham olunurlar.
Bundan əvvəl istintaq çərçivəsində bələdiyyənin keçmiş satınalma müdürü Mehmet Ş.V. həbs edilmiş, bələdiyyə sədrinin keçmiş sürücüsü Hüseyn E. isə ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdı.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












