Ukraynada matəm ELAN OLUNDU

Kiyevdə Rusiyanın Ukrayna paytaxtına gecə saatlarında endirdiyi raket və pilotsuz uçuş aparatları hücumu nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar 3 iyul Matəm Günü elan olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko Telegram kanalında məlumat verib.
"Sabah düşmənin Kiyevə həyata keçirdiyi ən irimiqyaslı hücum zamanı həlak olanların xatirəsinə Matəm Günü elan edilib. Bütün bələdiyyə binalarında dövlət bayraqları yarıya endiriləcək. Dövlət və özəl müəssisələrə də eyni addımı atmaq tövsiyə olunur", – deyə Kliçko bildirib.
Merin sözlərinə görə, hücum nəticəsində xəsarət alanların sayı 86 nəfərə çatıb, azı 13 nəfər isə həyatını itirib.
Kliçko əlavə edib ki, Darnitski rayonunda zədələnmiş yaşayış binasında axtarış-xilasetmə əməliyyatları davam edir. Onun sözlərinə görə, dağıntılar altında hələ də insanların qala biləcəyi ehtimal olunur./Ajans.az
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












