Uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - VİDEO

Lənkəran şəhərində kişi həyat yoldaşına və azyaşlı oğluna bıçaqla xəsarətlər yetirib.
Avtosfer.az APA TV-yə istinadən xəbər verir ki, Allahşükür və Rəvanə Ağazadə bir müddətdir ayrı yaşayırmışlar.
İddialara görə, ayrı yaşamağa başladıqdan sonra kişi həyat yoldaşını izləyirmiş.
Şahidlərdən birinin sözlərinə görə, hadisə qadın səhər saatlarında övladını bağçaya apararkən baş verib. Şübhəli şəxsin binanın girişində onlara yaxınlaşaraq bıçaqla hücum etdiyi bildirilir.
Məlumata görə, Rəvanə Ağazadə həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Allahşükür Ağazadənin etirazından sonra məhkəmə tərəflərə barışmaq üçün möhlət verib.
Qeyd edək ki, cütlüyün üç övladı var. Ən kiçik uşağın anası ilə yaşadığı bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 34 yaşlı Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












