"USS Abraham Lincoln" gəmisində narkotik satan hərbçilər həbs ediliblər

ABŞ Hərbi Dəniz Qüvvələrində (HDQ) xidmət edən hərbçi ər-arvad "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin göyərtəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs ediliblər. Bu qeyri-qanuni fəaliyyət nəticəsində dənizçilərdən biri yüksək dozadan həyatını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "The New York Post" (NYP) nəşri məlumat yayıb.
Həbs olunduqdan sonra Beyli Şramovski və onun həyat yoldaşı Conni Pumaihealani 2022-ci ildən etibarən gəmi heyətinin üzvlərinə kokain, fentanil və oksikodon satdıqlarını etiraf ediblər. Məhkəmənin qərarına əsasən, Şramovski 2023-cü ilin yanvarında dənizçilərdən birinin fentanil dozasının həddinin aşılmasından ölümündə günahlandırılır. Bildirilir ki, o, həmkarının vəfatından sonra da həmin mənbədən əldə etdiyi maddələrin satışını davam etdirib.
Hər iki təqsirləndirilən şəxs barəsində yekun hökmün dekabrın 11-də oxunması planlaşdırılır. NYP-nin məlumatına görə, Şramovskini 40, Pumaihealanini isə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












