Üzərində ev tikilmiş kanalizasiya kollektoru partladı: Təmir işləri aparmaq mümkün olmur - VİDEO

Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsi, Tofiq Hacıbabayev küçəsi, 86 ünvanında kanalizasiya kollektorunda ciddi qəza qeydə alınıb. Avtosfer.az-ın məlumatına görə, Baku TV-nin qaynar xəttinə daxil olan şikayətdə sakinlər bildirirlər ki, xəttin partlaması nəticəsində ərazidə kanalizasiya suları küçə və həyətlərə axır, yaşayış üçün təhlükəli vəziyyət yaranıb.
Onlar iddia edirlər ki, dörd həyət evi birbaşa risk altındadır, bəzi tikililərin bünövrəsində çökmələr müşahidə olunur. Həmçinin ərazidəki güclü üfunət qoxusu nəfəs almaqda çətinlik yaradır. Kanalizasiya suları isə artıq evlərin girişinə qədər çatıb.
Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, problem həll olunmayıb. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, ərazidə kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində qəza baş verib. Şəbəkənin üzərində yaşayış evinin olması hazırda xəttə müdaxiləni və bərpa işlərinin görülməsini qeyri-mümkün edib. Qeyd olunub ki, su borularının, kollektorların, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir. Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Müvafiq işlərin görülməsi üçün aidiyyəti üzrə müraciət olunub.
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO












