Uzun səyahətə çıxan gəmi təbil çalır - Sərnişinlər virusa yoluxdu

Almaniyaya məxsus "AIDA Cruises" gəmisində norovirus sürətlə yayılıb. Gəmidə olan 2 007 sərnişin və 640 heyət üzvündən azı 95 sərnişin və 6 ekipaj üzvünün virusa yoluxduğu bildirilib.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) yoluxma hallarını təsdiqləyərək, noyabrın 30-da qeydə alınan bu epidemiya zamanı əsas simptomların ishal və qusma olduğunu açıqlayıb. Qeyd olunub ki, bəzi hallarda qusmanın şiddəti hətta qabırğa çatlamalarına səbəb olub.
"AIDA Cruises" noyabrın 10-da Hamburqdan dünya turuna start verib. Səyahət zamanı gəmi İngiltərə, Kanada, ABŞ, Meksika, Panama, Yaponiya, Tayvan, Sinqapur, Tayland və Cənubi Afrika kimi ölkələrə səfər edib. Gəminin Almaniyaya qayıdışı 23 mart 2026-cı il üçün planlaşdırılıb.
"AIDA Cruises" gəmidə dezinfeksiya işlərinin gücləndirildiyini, simptom göstərən şəxslərdən nümunələrin götürüldüyünü və xəstələrin izolasiya edildiyini bildirib. Şirkət əlavə edib ki, noyabr–aprel aylarında artan mövsümi xəstəliklərlə əlaqədar olaraq gəmidə əlavə gigiyena protokolları tətbiq edilib və yoluxma sayında azalma müşahidə olunur.
Məlumata görə, bu hadisə 2025-ci ildə qeydə alınan 21-ci gəmi mənşəli bağırsaq infeksiyasıdır və onların 16-sının norovirus səbəbindən baş verdiyi bildirilib.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












