Xankəndidə kafedə yanğın - 5 nəfər xəsarət aldı - YENİLƏNİB

Xankəndi şəhərində kafedə yanğın baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Turan” kafesində qeydə alınıb.
Yanğın zamanı kafedə çalışan 1983-cü il təvəllüdlü Əsədova Zibeydə Bulud qızı və 1997-ci il təvəllüdlü Qəfərova Fidan Sücaət qızı yanıq xəsarətləri alıblar.
Yaralılar hadisə yerinə cəlb olunan yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Xankəndində kafedə baş verən yanğın zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, 23.07.2026-cı il tarixində saat 19:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Xankəndi şəhərində baş verən yanğın hadisəsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (1 kişi, 2 qadın) Xankəndi Şəhər Xəstəxanasına, 2 nəfər (qadın) isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bərdə Rayon Mərkəzi Xəstəxanasında yaralılara qapalı kəllə-beyin travması, bədən səthinin 20% termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi ximətlər göstərilib.
Vəziyyətləri ağır qiymətləndirilən hər iki pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Xankəndi Şəhər Xəstəxanasına hospitalizasiya olunan 3 nəfərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












