Xankəndidə məşhur restoranda bıçaqlanma: Həbs olunanlar var

Xankəndidə məşhur restoranın qarşısında insident olub.
Avtosfer.az xəbər verir ki, hadisə Kərkicahan qəsəbəsində yerləşən "Şah əsəri" restoranın qarşısında baş verib.
23 və 22 yaşlı gənclər həmin restoranın qarşısında ucadan nalayiq ifadələr işlədərək mübahisə ediblər. Hadisə zamanı onlardan biri bıçaq xəsarətləri alıb. Bu zaman polis əməkdaşları onlara irad bildirib şöbəyə dəvət etsələr də, onlar qanuni tələbə məhəl qoymayıblar. Nəticədə onlar saxlanılaraq, şöbəyə aparılıblar. Burada onlar barəsində müvafiq protokollar tərtib olunub.
Məlumata görə, hadisə günü həmin restoranda bir xanımın ad günü məclisi keçirilirmiş. Həmin xanımın tanışı olan 23 və 22 yaşlı dostlar da məclisdə iştirak ediblər. Gecə saat 22 radələrində xanım qonaqlardan birinin anası gələrək, sərxoş halda olan qızını aparmaq istəyib. Bu zaman barəsində inzibati xəta üzrə icraat aparılan şəxslərlə xanımın anası arasında mübahisə yaşanıb. Onlar restoranın önündə nalayiq ifadələr işlədərək, asayişi pozublar.
Məhkəmənin qərarı ilə onlardan 23 yaşlı şəxs 20 gün, digəri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar./lent.az/
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












