Xarkovda ölən azərbaycanlı tələbə dəfn edildi - FOTO

Rusiyanın Ukraynanın Xarkov şəhərinə hava hücumu nəticəsində həlak olan 23 yaşlı azərbaycanlı tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn olunub.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, ötən gün Azərbaycana gətirilən mərhumun nəşi bu gün səhər saatlarında ata ocağı olan Kürdəmirin Ərəbqubalı kəndində ailəsinə təhvil verilib.
Kənddə mərhumla vida mərasimi keçirilib və cənazə namazı qılınıb.
Daha sonra F.Hüseynova Ərəbqubalı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 23 yaşlı Azərbaycan vətəndaşı Fatimə İlyas qızı Hüseynova iyunun 29-da Rusiya hərbi qüvvələrinin Ukraynanın Xarkov şəhərinin Xolodnohirsk rayonuna endirdiyi idarəolunan aviasiya bombası zərbəsi nəticəsində həlak olub. O, Xarkov Milli Tibb Universitetinin tələbəsi idi.
F.Hüseynova iyunun 30-u Xarkov şəhərində keçiriləcək diplom təqdimetmə mərasimində iştirak etmək üçün Almaniyadan ora gəlib. Hadisə Fatimənin rəfiqəsi ilə birlikdə məzun fotosessiyasına gedərkən baş verib. Raket zərbəsi zamanı onun rəfiqəsi Ada ağır xəsarətlər alıb və hazırda xəstəxanada müalicə olunur. Fatimənin fotosessiyada geyinmək üçün özü ilə apardığı məzun xalatı və papağı hadisə yerində onun nəşinin yanında tapılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












