Xırdalanda məktəblilərin həyatı təhlükədə - FOTOLAR - YENİLƏNİB

Xırdalan şəhərində məktəblilərin və digər piyadaların istifadə etdikləri keçidin yol nişanlanmasının silinməsi ilə bağlı məsələyə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) münasibət bildirilib.
Avtosfer.az-ın məlumatına görə, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, Xırdalan şəhəri, Qalubiyə küçəsində məktəb ətrafındakı piyada zolağında nişanlanma xəttinin silinməsi ilə bağlı məsələ Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb.
Məlumatda bildirilib ki, bu barədə aidiyyəti qurum məlumatlandırılıb.
***13:06
Abşeron rayonu, Xırdalan şəhərində piyada zolaqlarından birinin yol nişanlanmasının silinməsi təhlükəli vəziyyət yaradır.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.
Sakinlər bildiriblər ki, Qalubiyyə küçəsində yerləşən piyada keçidindən hər gün məktəbə, bağçaya gedən uşaqlar və digər piyadalar istifadə edirlər. Lakin keçidin üzərindəki zolaq görünməz haldadır.
Sakinlər müraciətlərində diqqətə çatdırıblar ki, xüsusilə keçidin sağ tərəfindəki işarənin və yol üzərindəki nişanlanmanın mövcud vəziyyəti piyadaların həyatı baxımından narahatlıq doğurur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
***
Xırdalan şəhərində məktəblilərin və digər piyadaların istifadə etdiyi keçidin yol nişanlanmasının silinməsi ilə bağlı məsələyə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) münasibət bildirilib.
Avtosfer.az-ın məlumatına görə, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, sözügedən ərazidə yaxın günlərdə yol nişanlanma xətlərinin yenilənməsi həyata keçiriləcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
















