Banner

Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB

Hadisə 26 Oktyabr 2026 16:06
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

"Xırdalan şəhərində sözügedən ünvanda yağış suyu barmaqlıqları qısa müddətdə yenisi ilə əvəz olunaraq problem tam aradan qaldırılacaq".

Avtosfer.az xəbər verir ki, bu məlumat Oxu.Az-a Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən verilib.

Qeyd olunub ki, açıq qalmış və ya qapağı olmayan lüklərlə bağlı məsələlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin diqqətində saxlanılır.

"Bu halların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə ərazilərdə mütəmadi baxış və monitorinqlər aparılır. Baxışlar zamanı lüklərin vəziyyəti yoxlanılır, qapağı olmayan və ya zədələnmiş lüklərin hansı qurumun balansına aid olduğu dəqiqləşdirilir.

Agentliyin balansında olan lüklərlə bağlı müvafiq tədbirlər görülür. Digər qurumların məsuliyyət dairəsinə aid olan hallar müəyyən edildikdə isə bu barədə aidiyyəti qurumlara məlumat verilir və məsələnin həlli üçün müvafiq tədbirlərin görülməsi istiqamətində iş aparılır.

Lük qapaqlarının yerində olmaması oğurluq, zədələnmə və ya digər səbəblərlə əlaqədar ola bilər. Vətəndaşlardan açıq və ya qapağı olmayan lüklərlə qarşılaşdıqları zaman bu barədə aidiyyəti qurumlara məlumat vermələri xahiş olunur", - deyə məlumatda bildirilir.

***11:41

Abşeron rayonunun Xırdalan şəhərində yolda yaranan iri çala sürücüləri təhlükə ilə üz-üzə qoyub. Yolun hərəkət hissəsində əmələ gələn dərin çuxur nəqliyyat vasitələrinin hərəkətinə mane olmaqla yanaşı, nəqliyyat vasitələrinin zədələnməsi riskini də artırır.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.

Bildirilib ki, Xırdalan Polis İdarəsinin yerləşdiyi ərazidən Xırdalan dairəsi istiqamətində gedən yolda iri çala yaranıb. Sürücülər üçün ciddi təhlükə yaradan çuxur xüsusilə gecə saatlarında daha riskli vəziyyətə səbəb olur. İşıqlanmanın zəif olduğu vaxtlarda isə yolun bu hissəsindəki maneəni vaxtında görmək mümkün olmur. Nəticədə sürücülər ya çuxura düşmək ya da qəfil manevr etmək məcburiyyətində qalırlar. Nəqliyyat vasitələrinin təkərləri, diskləri və asqı sistemi ciddi zərər görür.

"Bu qədər ciddi təhlükəni aradan qaldıran yoxdur. Hər an qorxulu qəza ola bilər. Bunun məsuliyyətini kim daşımalıdır?", - deyə şikayətdə bildirilib.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu verilib.

Baku.tvhttps://baku.tv/embed/280982

 

 

Oxunub : 284
ŞƏRH YAZ
Ad

E-mail

Şərh