"Xocəsən gölü” daşdı, evlər suyun içində qaldı - VİDEO

Paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində yerləşən “Xocəsən gölü”nün həcmi artaraq daşıb.
Avtosfer.az xəbər verir ki, nəticədə gölün ətrafında yerləşən bir sıra evlər və həyətlər suya qərq olub.
Sakinlər iddia edirlər ki, “Xocəsən gölü”nün qabağı tutulduğundan, yağış suları gölün səviyyəsini artırır.
“2-3 aydır əziyyət çəkirik. Haraya da zəng edirik gəlib baxan yoxdur. Uşaqlar xəstəlik tapıblar. Heyvanlarım çirkab suyun içində qalıblar.
Məsələ ilə bağlı Xocəsən Bələdiyyəsindən bildirilib ki, gölün suyunun səviyyəsinin artma səbəbi Lökbatan gölü istiqamətinda axan xəttin həcminin kiçik olmasıdır. Bu səbəbdən də suyu tam ötürə bilmir.
Məsələnin köklü sürətdə həll olunması üçün isə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq qurumları Şıx istiqamətinə yeraltı tunel vasitəsilə kanalizasiya xətti çəkirlər. Sahil qəsəbəsi ərazisində təmizləyici qurğu quraşdırılır. Bu qurğular vasitəsilə “Xocəsən gölü” və “Lökbatan gölü” nün çirkab suyu təmizlənərək, Xəzər dənizinə töküləcək. Xocəsən ərazisində aparılan tikintinin isə gölə heç bir aidiyyəti olmadığı bildirildi.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












