Yağış sakinləri acınacaqlı duruma saldı: "Uşaqlar itib, bilmirik ki, kim aparıb" - VİDEO

Son günlər yağan aramsız leysan yağışları Hacıqabul rayonunda ciddi fəsadlara yol açıb.
Avtosfer.az xəbər verir ki, güclü yağıntıların yaratdığı sel suları bir çox yaşayış evini basıb, sakinləri çətin vəziyyətə salıb.
"Əlil övladım suyun içində qalmışdı, onu güclə çıxarmışam. Bizimlə heç kim maraqlanmır", - deyə sakin qeyd edib.
"Yoldaşım xəstədir, qonşuların köməkliyi ilə onu evdən çıxartdıq. Uşaqların ikisi itib, bilmirik ki, kim aparıb. Uşaqların məktəb əşyaları, hər şey suyun içində qalıb. Yeməyə çörəyimiz də yoxdur", - deyə başqa bir sakin bildirib.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda su basan ərazilərə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikaları cəlb olunub. Bildirilib ki, aidiyyəti qurumlar tərəfindən ərazidə gücləndirilmiş iş rejimində tədbirlər həyata keçirilir.
Daha ətraflı Baku TV-nin süjetində:
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












