Yanacaq qıtlığı yoxdur, amma bilet bahadır

ABŞ-İran qarşıdurması bütün nəqliyyat növlərinə təsir göstərib. Dünyanın bir çox ölkəsində yanacaq bahalaşıb, qıtlıq yaranıb. Aviasiya sektoru daha çox zərər görüb. Bir çox şirkət iqtisadi səmərəsi az olan reysləri ya ləğv edib, ya sayını azaldıb. Təyyarə biletləri isə bütün istiqamətlərdə bahalaşıb. Bununla belə, Avropa İttifaqı rəsmiləri yaxın gələcəklə bağlı nikbin rəydədir.
Avtosfer.az xəbər verir ki, Amerika Birləşmiş Ştatları-İran qarşıdurması nəticəsində yaranan enerji şokuna rəğmən, yaxın aylarda Avropada reaktiv yanacaq qıtlığı gözlənilmir. Buna baxmayaraq, yüksək istismar xərcləri aviaşirkətləri səmərəsiz reysləri dayandırmağa vadar edir.
Qlobal bazarları birləşdirən Hörmüz boğazı 3 aydır demək olar bağlıdır. Bu səbəbdən sutkalıq neft tədarükü 14 milyon barel və ya qlobal tələbatın 14 faizi qədər azaldıb.
Avropa İttifaqı indiyədək tənəzzülün öhdəsindən gələ bilib. Çünki, reaktiv yanacaq idxalının cəmi 20 faizi Yaxın Şərqdən həyata keçirilir. Əsas tədarükçülər Amerika Birləşmiş Ştatları və Nigeriyadır.
Avropa İttifaqının nəqliyyat komissarı Apostolos Tsitsikostas Reutersə müsahibəsində nikbin danışıb: “Hazırda Avropada reaktiv yanacaq çatışmazlığı yoxdur və qarşıdakı dövrdə çatışmazlığın olacağına dair heç bir əlamət görünmür. Bu, başlıca olaraq aviasiya yanacağının 70%-dən çoxunun Avropanın özündə istehsal edilməsi ilə bağlıdır."
Bununla belə, avrokomissar heç də bütün işlərin rəvan getmədiyi qənaətindədir: “Əsas problem, yanacağın qiymətidir. Müharibədən əvvəl qiymət ikiqat artmışdı. İndi bir qədər aşağı enib. Lakin bu, aviaşirkətlər üçün problemdir. Buna görə də aviaşirkətlər ciddi iqtisadi məna kəsb etməyən marşrutları ləğv edir. Onları buna yanacağın bahalaşması vadar edir”.
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası yanacağın bahalaşmasına görə aviaşirkətlərin əməliyyat xərclərinin 25-30 faiz artdığını bildirir. Bu da son nəticədə təyyarə biletlərinin bahalaşması ilə nəticələnir. Vəziyyətdən ilk növbədə yay istirahətinə hazırlaşan avropalılar əziyyət çəkirlər.
Vüqar
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












