Yaponiya müharibəyə hazırlaşır; ordu xərcləri artırıldı - POLİTOLOQ

Beynəlxalq aləmdəki müxtəlif gərginliklər və müharibələr Yaponiyanı hərbi gücünü artırmağa məcbur edib.
Avtosfer.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu öz sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, Yaponiya hökuməti öldürücü silahlar da daxil olmaqla, silah ixracına qoyulan məhdudiyyəti aradan qaldırıb. Tokio Müdafiə Avadanlıqlarının Transferi üçün Üç Prinsip adlanan sənədin yenidən nəzərdən keçirəcək. Yaponiya eyni zamanda hərbi ittifaqlara üstünlük verəcək. Yaponiya hökumətinin qənaətinə görə, hazırda heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz. Hökumət eyni zamanda daxili müdafiə sənayesinin texnoloji bazasını gücləndirəcək. Rəsmi Tokio bu prosesi 2014-cü ildən başladıb.
Politoloqun sözlərinə görə, Yaponiya hökuməti əvvəlkitək sülhün fundamental prinsiplərinə sadiq qalmağa davam edəcəyini bəyan edib. Ancaq sülhün və sabitliyin davamı müdafiə qabiliyyətinin gücündən asılıdır. Təsadüfi deyil ki, Yaponiyanın baş naziri Sanae Takaiçi bildirib ki, daha da mürəkkəbləşən təhlükəsizlik mühitində heç bir ölkə öz təhlükəsizliyini təkbaşına qoruya bilməz və müdafiə avadanlıqları sahəsində tərəfdaş ölkələrin qarşılıqlı dəstəyinə ehtiyac duyur. O, mövcud dəyişiklikləri nəzərə alaraq, istənilən avadanlığın ixracının əvvəlki məhdudiyyətlər olmadan mümkün olacağını açıq şəkildə bildirib. Halbuki, məhdudiyyətlər avadanlıqların yalnız beş məqsəd üçün - xilasetmə əməliyyatları, nəqliyyat, xəbərdarlıq, müşahidə və mina təmizləməsi üçün ötürülməsinə icazə verirdi.

Beləliklə, Yaponiya həm daxili hərbi istehsalı artıracaq, həm də bunun üçün tərəfdaş ölkələrlə ehtiyat hissələrinin və digər komponentlərin qarşılıqlı mübadiləsinni təmin edəcək. Yaponiyanın hazırda bu sahədə 17 ölkə ilə belə müqaviləsi var. Yaponiya artıq Avstraliyaya idarə olunan raket freqatları satmaq barədə razılığa gəlib və Yeni Zelandiya da onlara maraq göstərib. İndoneziya və Filippinə istifadə olunmuş hərbi gəmilərin verilməsi də müzakirə olunur. Hava hücumundan müdafiə təchizatı da mümkündür.
“Yaponiya hərbi texniki əməkdaşlığı uzaq Ukrayna ilə də həyata keçirməyi planlaşdırır. Yaponiya Ukraynaya silah tədarükü həyata keçirəcək. Tokio Ukraynada istehsal olunan dronlara və dron-tutuculara maraq göstərir. Ukraynanı isə Yaponiyanın hava hücumundan müdafiə sistemi maraqlandırır.
Yaponiya hökumətinin hərbi gücünü artırması və tərəfdaşlarla bu sahədə əməkdaşlığın genişləndirməsi Çin və Rusiyanın narahat edir. Moskva və Pekin hesab edirlər ki, İkinci Dünya müharibəsində məğlub olan Yaponiya hərbi gücünü artırmamalıdır. Halbuki, bölgədə realıqlar dəyişib. Çin artan hərbi gücü və Yaponiya sahillərində yaxın Rusiya ilə birgə keçirdiyi hərbi təlimləri Tokionu fərqli qərarlar qəbul etmək məcburiyyətində qoyub.
Bu arada, Çin təxminən on illik nisbi fasilədən sonra Cənubi Çin dənizində genişmiqyaslı süni adalar tikintisinə yenidən başlayıb. Bu adalar Çinin bölgədəki forpostlarıdır. Adalarda uçuş-enmə zolaqları, limanlar və hərbi obyektlər inşa edilir. Yaradılan adalar Çinin əməliyyat, dənizdə müşahidə imkanlarını genişləndirəcək. Yaponiya və digər bölgə ölkələri Çinin bu planlarına mane ola bilməsələr də, müxtəlif ittifaqlar vasitəsilə balansın pozulmamasına çalışırlar”.
Səfər
Zavodda quraşdırılan qaz balonu da partlaya bilər - FOTO - VİDEO
Xətaidə təhlükə: Külək işıq dirəyini yerindən oynatdı - VİDEO
Gecə vaxtı yolu qaçaraq keçən gənc qəza şəraiti yaratdı - VİDEO
Sürücülərin diqqətinə; Bu yolda asfalta uzanıb sizi tələyə salmaq istəyə bilərlər - VİDEO
Yardımlı–Deman yolunda təhlükəli vəziyyət: Hər an çökmə ola bilər - FOTO
Qayda pozan qadın piyada görün sürücünü necə günahkar çıxardı - VİDEO
Naxçıvanda avtomobil aşıb: Bir nəfər öldü - VİDEO
Gəncədə yük maşını yanıb kül oldu - FOTOLAR
Narkokuryer narkotiki parikin altında keçirməyə çalışdı - VİDEO
Yatan sürücünü oyatmaq üçün polis, təcili yardım və yanğınsöndürənlər gəldi - VİDEO
Təmirə bağlanan yolda qəza; sürücü avtomobili betona çırpdı - VİDEO










