Banner

Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı

Hadisə 31 Oktyabr 2026 18:00
Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı
WhatsApp kanalımıza abunə olun

Yaponiyada ayı ilə toqquşan sərnişin qatarının ilk vaqonu relsdən çıxıb.

Avtosfer.az xəbər verir ki, bu barədə TASS Hokkaydo dəmir yolu şirkətinə istinadən məlumat yayıb.

Hadisə qatar Vakkanay şəhəri istiqamətində hərəkət edərkən baş verib. Qəza nəticəsində xəsarət alan olmayıb. Lakin sərnişinlər gecəni qatarda keçirməli olublar.

Maşinist ayının yalnız yaralanmış ola biləcəyindən və insanlar üçün təhlükə yarada biləcəyindən ehtiyat etdiyi üçün sərnişinlərin dərhal təxliyəsinə qərar verilməyib.

Səhər saatlarında sərnişinlərin yaxınlıqdakı stansiyalara çatdırılması üçün taksilər ayrılıb. Qəza səbəbindən dəmir yolu xəttində hərəkət hələ də bərpa olunmayıb. Bunun nə vaxt baş verəcəyi açıqlanmayıb.

Qeyd edək ki, son bir ildə Hokkaydo adasında ayıların insanlara yaxınlaşması halları artıb. Heyvanlar əkin sahələrinə və meyvə bağlarına ziyan vurur. Təkcə son bir ildə onların fermerlərə vurduğu zərər 487 milyon iendən çox olub. Bu ilin aprel-sentyabr aylarında isə ayı hücumları nəticəsində təxminən 30 nəfər xəsarət alıb.

 

Oxunub : 98
ŞƏRH YAZ
Ad

E-mail

Şərh