Banner

Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO

Hadisə 6 Noyabr 2026 14:00
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Paytaxtın Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində su borusu partlayıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə noyabrın 6-da səhər saatlarında qeydə alınıb.

Kadrlardan göründüyü kimi, yolun hərəkət hissəsində asfalt örtüyü dağılıb və yaranan boşluqdan su güclü təzyiqlə fontan vurub. 

Nəticədə fontan vuran su yoldan keçən avtomobillərin üzərinə tökülərək onları yuyub.

Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İstifadəçilərin bir qismi ərazidə yolun uzun müddətdir bu vəziyyətdə olduğunu, problemin müvəqqəti aradan qaldırılması üçün həmin hissəyə taxta parçası qoyulduğunu bildiriblər.

Nərmin

bax.tvhttps://bax.tv/embed/228565.html

 

 

Oxunub : 218
ŞƏRH YAZ
Ad

E-mail

Şərh