Yasdan qayıdanlar "Niva" ilə selə düşdü; 5 nəfər xilas edildi - FOTO - VİDEO

İsmayıllı rayonunun Zərnava kəndindəki yas mərasimindən qayıdan 3 nəfər “Niva” markalı avtomobillə Girdiman çayını keçmək istəyərkən çətinliklə üzləşib.
Avtosfer.az xəbər verir ki, çaya qəfil gələn güclü sel səbəbindən avtomobil çayın ortasında köməksiz vəziyyətdə qalıb. Hadisə ilə bağlı gecə saat 01:57-də İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə və FHN-in “101” Çağrı Xidmətinə müraciət daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 10 nəfərdən ibarət xilasedici qrupu cəlb edilib. Xilasedicilər ağır texnika və xüsusi avadanlıqlardan istifadə edərək Girdiman çayında köməksiz qalan şəxsləri təhlükəsiz əraziyə təxliyə ediblər.
Xilas olunan şəxslər:
Hüseynov Gümşüd Mərdan oğlu
Rüstəmov Ehtiram Sadıq oğlu (1968-ci il təvəllüdlü)
Əzimov Simran Eynulla oğlu (1985-ci il təvəllüdlü)
Məlumata görə, İsmayıllı rayon sakinləri olan bu şəxslər Zərnava kəndində keçirilən hüzr mərasimindən geri dönürlərmiş.
***
Girdimançayın İsmayıllıdan keçən hissəsində selə düşən 5 nəfər xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Niva" markalı minik avtomobilinin çayda suyun güclü axını nəticəsində hərəkət edə bilməməsi səbəbindən vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib.


Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












