Yayın istisində su ilə imtahan: Sakinlərin problemi üç aydır niyə həll olunmur? - VİDEO

Abşeron rayonunun Qobu qəsəbəsində sakinlər su problemi ilə üz-üzə qalıblar.
Süleyman Sani Axundov küçəsinin sakinləri bildirirlər ki, artıq üç aydır mənzillərinə içməli su verilmir.
Yay aylarında yaranan bu vəziyyət onların məişət həyatını daha da çətinləşdirib.
Sakinlərin sözlərinə görə, küçədə yol və infrastrukturla bağlı bir sıra problemlər olsa da, hazırda əsas narahatlıq su təminatının olmamasıdır. Onlar iddia edirlər ki, yay mövsümü başlayandan su tamamilə kəsilib və bu müddət ərzində ehtiyaclarını su maşınları vasitəsilə ödəməyə məcbur qalıblar. Sakinlərin bildirdiyinə görə, bir su maşını 70 manata başa gəlir və hər həftə sifariş verməli olurlar. Bu isə ailə büdcəsinə əlavə yük yaradır.
Onların sözlərinə görə, küçədə mövcud su xətti də vaxtilə şəxsi vəsaitləri hesabına çəkilib. Bir müddət su verilsə də, son üç ayda təchizat tamamilə dayanıb. Sakinlər bildirirlər ki, məsələ ilə bağlı icra hakimiyyətinə və bələdiyyəyə dəfələrlə müraciət etsələr də, problem hələ də həll olunmayıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












