Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO

Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq edib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Buratiya Respublikasında baş verən hadisə bir binanın müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.
Məlumata görə, 15-16 yaşlarında olan bir qrup yeniyetmə yoldan keçən bir şəxsdən siqaret istəyiblər, lakin kişi onlara siqaret verməkdən imtina edib. Bundan sonra tərəflər arasında başlayan mübahisə qısa müddətdə təqib və fiziki zorakılığa çevrilib. Yeniyetmələr qaçmağa çalışan kişini daş ataraq təqib ediblər. Hadisə zamanı yol kənarında dayanan bir neçə park edilmiş avtomobilə də ciddi ziyan dəyib.
Hücumda iştirak edən yeniyetmələrdən dördü artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hazırda polis saxlanılan yeniyetmələr və onların valideynləri ilə dindirilmə və profilaktiki işlər aparır. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












