Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO

Paytaxtın Binəqədi rayonunda qayda pozan piyada kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, orta yaşlı kişi yolun hərəkət hissəsində dayanaraq müəyyən olunmamış yerdən keçməyə çalışıb. Bu zaman ərazidən keçən sürücülərdən biri ona piyada keçidindən istifadə etməli olduğunu bildirib. Piyada isə əli ilə sürücüyə narazılığını bildirərək irada məhəl qoymayıb və hərəkətdə olan avtomobillərin arasından yolu keçib.
Videoda hadisə yerinin yaxınlığında piyadaların təhlükəsiz hərəkəti üçün yerüstü piyada keçidinin olduğu da aydın görünür.
Xatırladaq ki, piyadalar yolu keçərkən onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməli və hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısına qəfil çıxmaqdan çəkinməlidirlər.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












