Yola baxmadan keçən piyada sürücünü çətin vəziyyətə saldı - VİDEO

Paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qayda pozan piyada görüntülənib.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb. Kadrdan göründüyü kimi, yolu təyin olunmamış yerdən keçən piyada həm özünü, həm də motosiklet sürücüsünü təhlükəyə atıb. Üstəlik, o, yola baxmadan - yaxınlaşmaqda olan nəqliyyat vasitəsinə əhəmiyyət vermədən hərəkətinə davam edib. Xoşbəxtlikdən, bu dəfə qəza baş verməyib.
Qeyd edək ki, piyadalar yolu yalnız piyada keçidlərindən və ya işıqforla tənzimlənən yerlərdən keçməlidirlər. Keçid olmayan hallarda isə yolun hər iki istiqamətinə diqqət yetirərək, yaxınlaşan nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirmək vacibdir. Qaydalara əməl etməmək həm piyadanın, həm də digər hərəkət iştirakçılarının həyatını risk altına salır.
Nərmin
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












